GİZLİ RAZILAŞMA: Priqojin sağdır, gizləndiyi ölkə budur...
17:58 09.09.2023
Dünya
893
Ötən ay şübhəli təyyarə qəzasında dünyasını dəyişən muzdlu qruplaşma “Vaqner”in lideri Priqojinin sağ olduğu və Rusiya rəsmiləri ilə gizli razılaşma əldə etdiyi iddia edilib.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna müharibəsinin cəbhə xəttində vuruşan muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin Rusiya prezidenti Putinə və Rusiyanın ali hərbi rəhbərliyinə qarşı uğursuz üsyanından bir neçə həftə sonra müəmmalı təyyarə qəzasında həlak olub.
Priqojinin ölümünə səbəb olan təyyarə qəzasının arxasında Putinin olması və Priqojinin sağ olması ilə bağlı sui-qəsd nəzəriyyələri bir aydır dünya gündəmini zəbt etsə də, bu mövzuda ən iddialı açıqlama rusiyalı hərbi analitik doktor Valeri Soloveydən gəlib.
Priqojinin ölümündən bir neçə gün sonra Moskvanın agent və diplomatlar hazırlayan nüfuzlu məktəbi - Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) keçmiş professoru Solovey “Vaqner" liderinin sağ olduğunu və təyyarədə onun yox, dublyorunun olduğunu deyib.
Rusiya prezidentinin ölümcül xəstəliyə tutulduğu iddiaları ilə gündəmə gələn, lakin buna heç bir dəlil gətirə bilməyən Soloveyin sözlərinə görə, “Vaqner" lideri Priqojin hazırda Venesuelanın Karib dənizinin cənnəti yeri olan Marqarita adasında gizlənir və səhhəti də yaxşıdır.
Solovey açıqlamasında Priqojinin təyyarəsinin məhv ediləcəyi ilə bağlı xəbərdarlıq aldığını və buna görə də özünə yeni marşrut təyin etdiyini iddia edib.
Putin və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında razılaşma əldə edildiyini iddia edən rusiyalı analitik, “Vaqner"in əsas komandirləri həyatını itirdi, ancaq Priqojin sağ qaldı” deyib.
Qərb mediasının “fantastik” hesab etdiyi nəzəriyyəyə görə, Rusiya rəsmiləri və Priqojin kritik vəziyyətdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Priqojinə ortalıqda görünməməsi, lakin müharibə davam edərsə, muzdlularına rəhbərlik etmək üçün qayıda biləcəyi söylənilib.
Solovey həmçinin iddia edir ki, Vaqner lideri sərvətini almaz, qızıl və nağd pulla sövdələşib və sərvətinin yeddidə biri özü üçün saxlanılıb, qalan hissəsi isə Rusiyaya keçib.
Rusiyalı analitik iddiası ilə bağlı heç bir konkret sübut təqdim etməsə də, dünya gündəmində diqqət çəkən xəbərlər sırasında yer alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya