İran ABŞ qüvvələrinin regiondan çıxacağı təqdirdə Hörmüz boğazının gəmiçilik üçün açılacağını bəyan edib.
Sherg.az xəbər verir ki, İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, ABŞ bölgəni tərk edərsə, regional ölkələrin iştirakı ilə kollektiv təhlükəsizlik təmin olunacaq və qlobal iqtisadiyyat yaxşılaşacaq.
O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Əkrəminiya ABŞ-nin regiondan çıxmaması halında isə ölkəsinin Amerika qüvvələrini bölgədən çıxaracağını bildirib.