İran Ermənistan üçün niyə “dəridən - qabıqdan çıxır”?  - Gizli səbəblər...

“İran fars rejiminin bütün olanlara baxmadan həyasızcasına öz əməlini davam etdirməsi, etdiyi hərəkətə özünəməxsus “don geyindirməsi”,  ərazisində milyonlarla azərbaycanlı yaşamasına rəğmən davranışlarının heç bir əndazəyə sığmamasının fərqinə varmaması və nəhayət, bu hərəkətlərinin mahiyyətini ona başa salmağa çalışanları da borclu çıxarması bir daha sübut edir ki, onun hazırkı ritorikasındakı "həqiqət" xüsusi həyatı əhəmiyyət daşıyan səbəbdir”.

Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
O, “Sherg.az”a cənub qonşumuzun düşmən üçün niyə “dəridən-qabıqdan çıxmasını”nın səbəblərini izah etdi: 
“Məlum olduğu kimi, əsas səbəblər Azərbaycanın inkişafı, Cənubi Azərbaycandakı azadlıq çağırışları və İsrailin ölkəmizdəki mövcudluğudur. 

Məhz sadaladığım amillərə görə Tehran bütün imkanları ilə İrəvanı dəstəkləyir. Amma gizli səbəb başqadır. 

 İran rejimi niyə bu qədər ciddi- cəhdlə əməllərinə davam edir? Səbəb ticarətdirsə, illik 400 milyon dollar ticarət dövriyyəsi elə bir məbləğ deyil ki, bu gərginliyə dəysin. 

Hər halda Azərbaycanla ticarət dövriyyəsi bundan qat-qat çoxdur.  Səbəb hansısa qonşuluq, insanı davranışlardırsa, onda müsəlman ölkəsi kimi bu davranışları birinci bizə göstərməli idi. İranın bu davranışınını labüd edən ümdə amil narkoticarət və narkotrafikdən gələn gəlirdir. 

Həmas, Hizbullah və husiləri ayaqda tutmaq üçün illik 50 milyard dollar xərcləyən İranın narkotikdən başqa əlavə gəlir yeri yoxdur. Bura nüvə silahı istehsalına tələb olunan maliyyəni də əlavə etmək lazımdır. 

Ermənistan ərazisi isə istər narkotik istehsalı, istərsə də narkotranzit üçün ən əlverişli regiondur. Xatırladım ki, əvvəllər bu əraziyə Qarabağ və ətrafı da aid idi”.