
İran rejimi artıq küncə sıxılıb
Yusif Nəzərli
05:18 19.10.2022
Dünya
548
Tehranın narahatlığı təkcə Zəngəzurla bağlı deyil
"İranın Araz çayı boyunca keçirdiyi təlimlərə rəsmi Bakı və Ankara birgə təlimlərlə cavab verməlidir"
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə start verdi. İran ötən ilin payızında da ölkənin şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə “Xeybər fatehləri” kod adlı təlimlər keçirmişdi. Lakin “Xeybər fatehləri” adlı təlimi İranın dövlət ordusu olan “Ərteş” həyata keçirmişdi. “Qüdrətli İran” təlimlərini isə SEPAH-ın quru qoşunları keçirir.
SEPAH təlimlərin keçirilməsindən bir neçə gün öncə Araz çayı üzərində körpünün inşa edilməsini də məşq edəcəklərini açıqlamışdı. Şübhəsiz, təlim zamanı Araz çayı üzərində hərbi texnika və canlı qüvvələrin hərəkətini sınaqdan keçirmək məqsədi ilə körpülərin inşası kifayət qədər diqqətçəkən məqamdır. Digər nüanslardan biri də quru qoşunlarının komandanı Məhəmməd Pakpurun təlimlər haqda dedikləridir. Onun sözlərinə görə, "təlimlər qonşu ölkələr üçün sülh mesajı, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır".

Siyasi şərhçi Turan Rzayev "Şərq"ə bildirib ki, mollalar açıq şəkildə Azərbaycanı təhdid edirlər. Analitikə görə, İran tərəfi Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlər ilə Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidinin real olduğunu göstərməyə çalışır:
"Tehran Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməklə lazım gələrsə, real addımların da atıla biləcəyi mesajını verir. Prinsip etibarilə, İran bu məqsədlə Ukrayna müharibəsi fonunda Rusiyaya da açıq dəstək verir. Bu yolla Tehran Kremlin Zəngəzur dəhlizi məsələsində Bakıya verdiyi dəstəyi neytrallaşdırmağa çalışır.
Tehranın narahatlığı təkcə Zəngəzurla bağlı deyil. Rejim yaxşı başa düşür ki, tam küncə sıxılıb. Hazırda bu ölkəyə qarşı real təcrid prosesi gedir.
Əvvəllər İran xarici təhdidlərlə ölkə xaricində mübarizə aparırdısa, artıq bu proses İranın daxilinə keçib. Bu da ölkədəki siyasi rejim üçün kabusa çevrilməkdədir. Fikrimcə, rəsmi Bakı bütün hallarda Tehranın açıq təhdidlərini cavabsız qoymamalıdır.
Birincisi, İranın Araz çayı boyunca keçirdiyi təlimlərə rəsmi Bakı və Ankara birgə təlimlərlə cavab verməlidir. İkincisi, Bakı Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsinə pərdəarxasından dəstək verməli, beynəlxalq nüfuzundan istifadə edərək Tehrana bu istiqamətdə təzyiqləri artırmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm