İran və Rusiya arasında birgə dəniz daşımaları konsorsiumunun yaradılması ilə bağlı razılıq əldə olunub.
Teleqraf xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Diplomatın sözlərinə görə, konsorsiumun yaradılmasının əsas strateji məqsədi ticarətin, nəqliyyat sektorunun və tranzit marşrutlarının inkişafıdır.