İranda koronavirusa yoluxanların sayı 35 mini, ölənlərin sayı isə 2 mini keçib
22:23 28.03.2020
Dünya
664
İranda koronavirusa yoluxanların və həyatını itirənlərin sayı artmaqda davam edir.
AZƏRTAC bu ölkənin koronovirusla mübarizə üzrə operativ qərargahının məlumatına əsasən xəbər verir ki, martın 28-də virusa yoluxanların sayı 35 min 408, ölənlərin sayı isə 2 min 517 nəfərə çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 11 min 679 nəfər sağalaraq evə buraxılıb.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur isə Tehranda keçirdiyi brifinqdə bəyan edib ki, müalicə alan 3 min 206 nəfərin vəziyyəti qənaətbəxş deyil.
Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilən nazirlər şurasının iclasında koronovirusla mübarizə və onun yaratdığı problemlərin həlli yolları müzakirə edilib. Prezident bəyan edib ki, koronovirusdan müalicə olunan adamların tibbi xərclərinin 90 faizini dövlət ödəyəcək.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ-da qanunsuz olaraq həbs edilən iranlı alim Sirus Əsgərinin hüquqları kobudcasına pozulur. Nazir deyib ki, heç bir ittiham irəli sürülmədən və məhkəmənin sanksiyası olmadan həbs edilən alim ümumi kamerada saxlanılır, ona adi tibbi maskada verilmir.
Rusiya, Sloveniya, Pakistan və Yaponiyanın Xarici İşlər nazirlikləri ABŞ-ı İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıblar.
ABŞ Dövlət Departamenti isə bəyanat yayaraq bildirib ki, İranın bəzi dövlətlərin banklarında saxladığı aktivlərindən istifadə etməsinə icazə verməyəcək. Qeyd edək ki, İranın ABŞ və Avropa dövlətlərinin banklarında 20 milyard dollardan çox maliyyə vəsaiti var.
Bu pulları İran neft satışından əldə edib. Lakin sanksiyalar ucbatından bu vəsaitlərdən istifadə edə bilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə