İranın həftədə 50 milyon maskaya ehtiyacı var
15:15 29.03.2020
Dünya
623
Yeni koronavirusla əlaqədar İranın həftədə 50 milyon ədəd maskaya ehtiyacı var.
Bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və İranın Gömrük Administrasiyasının baş direktoru Mehdi Mirəşrəfi deyib. Bu barədə Trend Gənc Jurnalistlər Klubuna (YJC) istinadən məlumat verib.
M.Mirəşrəfinin sözlərinə görə, bununla əlaqədar son günlər İrana maska istehsal edən avadanlıqlar idxal edilib.
Nazir müavini daha çox maskanın istehsal edilməsi üçün startap şirkətlərlə danışıqların aparıldığını deyib.
Mirəşrəfi əlavə edib ki, indiyədək dünyanın 30 ölkəsi koronavirusla mübarizə ilə əlaqədar İrana yardım edib.
Nazir müavini bildirib ki, koronavirusla mübarizə ilə əlaqədar tibbi ləvazimat və avadanlıqlar 24 saat ərzində gömrükdən buraxılır.
Gömrük rəsmisi indiyədək 10 gömrük işçisinin koronavirusa yoluxduğunu bildirib.
İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (28 mart) 35 408 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 507 nəfərin öldüyünü və 11 679 nəfərin sağaldığını təsdiqləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə