İranla Rusiyanın qərarı kağız üzərində qalacaq
Yusif Nəzərli
21:30 26.07.2022
Dünya
847
Bir sıra aparıcı ölkələr dollardan imtina etməyə çalışsalar da bunu reallaşdıra bilməyiblər
İran və Rusiya qarşılıqlı ticarətdə dollardan imtina edib. İki dövlət arasındakı ticarət mübadiləsində ABŞ dolları qəti şəkildə ləğv olunub. İranın İqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi İran və Rusiyanın ticarət mübadilələrindən dolların çıxarılmasına dair razılaşmanın əldə olunduğunu təsdiqləyib. O, Hindistan, Türkiyə və Çinlə də bu istiqamətdə danışıqların davam etdiyini qeyd edib.
Ekspertlər isə hesab edir ki, Rusiya və İran arasında ticarət dövriyyəsi böyük olmadığı üçün ABŞ dollarından imtina reallaşsa belə, bu, regiondakı valyuta tələbinə xüsusi təsir etməyəcək.
İqtisadçı-ekspert Natiq Cəfərli də “Şərq”ə açıqlamasında bu qərarın sadəcə kağız üzərində qalacağını deyib. Onun sözlərinə görə, hər iki dövlət üçün xarici valyuta cəlb etmək prioritet olduğu üçün belə bir addımın tam rellaşacağı inandırcı görünmür. Bu, ilk belə hal deyil:
“Ehtimal ki, sonuncu da olmayacaq. Bu günə qədər bir sıra aparıcı ölkələr siyasi gərginlikdən doğan səbəblərdən dollardan imtina etməyə çalışsalar da bunu reallaşdıra bilməyiblər.
Hətta illər əvvəl Rusiya ilə Çin arasında bu formatda müqavilə imzalanıb, amma icra edilməyib. Düşünürəm ki, bu cür müqavilələr siyasi xarakterlidir və göstərişə hesablanıb.
İranla Rusiyanın dollardan imtinası ilə bağlı xeyli vaxtdır danışıqlar aparırlar.
Prosesin reallaşacağını düşünsək, bir sual meydana çıxır. Həm rus rublu, həm də İran realı məzənnəsi kifayət qədər oynaq olan valyutalardır. Tez-tez məzənnələr dəyişir. Onlar arasındakı ticarət müqavilələri hansı məzənnə ilə bağlanacaq?
Bu cür vəziyyətdə iş adamları necə müqavilə bağlaya bilərlər? Həmin iş adamı realın, rublun məzənnəsinin oynamasından özünü necə sığortalayacaq. Yaxud da arada məzənnə fərqi yaranan zaman kim kompensasiya edəcək?
O zaman müqavilələri yenidən dollar üzərindən bağlamaq və həmin gün dünya bazarında olan dolların məzənnəsinə uyğun rubl və ya real ilə ödəniş etmək məcburiyyətində qalacaqlar.
Heç bir şübhəm yoxdur ki, sözügedən müqavilə antiqərb xarakterli siyasi bəyənatdır. Reallıq isə odur ki, dünya ticarətinin 70 faizə qədəri dollar üzərindən aparılır. Özəl sektor da təbii olaraq həmişə məzənnə oynaqlığından özünü sığortalamaq istəyir”.
Ekspertin sözlərinə görə, belə bir situasiyada hansısa ölkələrin ticarət mübadiləsində ABŞ dollarından imtina etmək heç bir ölkə üçün asan məsələ deyil:
“Çünki qəbul olunmuş ticarət qaydaları, əmtəə bazarında müqavilələr dollarla hesablanırsa, dollardan imtina etmək çox çətindir. Həm də iki ölkə dollardan imtina edib öz milli valyutaları ilə ticarət etsələr belə, onların məzənnəsi yenə də dollar üzərindən müəyyənləşməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət