İsrail ordusu son saatlarda Livanın cənub ərazilərini hədəfə alaraq ardıcıl zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, Əl-Mənsuri yaşayış məntəqəsi üç dəfə havadan və artilleriyadan atəşə tutulub. Tir şəhərinin yaxınlığındakı Bürc əl-Şimali qəsəbəsinə isə ən azı dörd aviazərbə endirilib.
Hücumlar nəticəsində azı 4 nəfər yaralanıb və onlar Tir şəhərindəki xəstəxanalara yerləşdiriliblər.