Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib

Kamçatkada 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 356 km cənubda baş verib. Yeraltı təkanların episentri 55,5 km dərinlikdə yerləşib.