Kamerunda prezident seçkilərindən sonra gərginlik davam edir
14:33 27.10.2025
Dünya
368
Kamerun Konstitusiya Şurası hazırkı prezident Pol Biyanın seçkilərdə qalib gəldiyini elan etdikdən sonra ölkənin bir çox bölgəsində gərginlik artıb. Duala və Qarua şəhərlərində etirazlar və toqquşmalar qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Kamerunun iqtisadi paytaxtı Dualada nümayişlərdən sonra vəziyyət daha da pisləşib. Rəsmilərin məlumatına görə, toqquşmalar nəticəsində dörd nəfər həyatını itirib. Bu gün səhərdən etibarən “New Bell” məhəlləsi tam blokadaya alınıb – ordu və polis giriş-çıxışı məhdudlaşdırıb, küçələrdə siqnal səsləri eşidilir və patrul maşınlarının sayı artırılıb.
Hüquq-mühafizə orqanlarının qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Gənclərin bir qismi məhəllə küçələrində barrikadalar qurub. Küçələrdə polislə gənc nümayişçilər arasında qarşıdurmalar davam edir.
Hakimiyyət orqanları ölkənin şimal və qərb bölgələrində əlavə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini açıqlayıb. Rəsmilər sakinləri sakit olmağa çağırır, lakin sosial şəbəkələrdə yayılan görüntülər təhlükəli vəziyyətin hələ də davam etdiyini göstərir.
Qırx üç ildir hakimiyyətdə olan və 92 yaşının olmasına baxmayaraq yenidən - səkkizinci dəfə Kamerunun 7 il müddətinə Prezidenti seçilmiş Pol Biya hazırda etirazların daha da genişlənməməsi üçün ordu və polis qüvvələrinin tam səfərbər edildiyini açıqlayıb.
Bununla belə, müşahidəçilər xəbərdarlıq edirlər ki, Duala və Qarua şəhərlərindəki gərginlik ölkə miqyasında daha geniş sosial və siyasi böhranın başlanğıcı ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm