Kim Kardaşyanın ABŞ-dakı evinə oğru girib, əşyalarla dolu avtomobili qaçırıb

Los-Anceles polisi Kaliforniyanın qapalı Hidden Hills yaşayış massivində Kim Kardaşyanın evini qarət etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Sherg.az bu barədə Los Angeles Times hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, şübhəli ev sahibləri olmadığı vaxt malikanənin ərazisinə daxil olub. O, mülkdəki avtomobillərdən birinə əşyaları yükləyərkən fərq edilib. Güman edilir ki, şəxs həmin avtomobillə ərazidən qaçmaq istəyib.

Şübhəli şəxs bazar günü saxlanılıb. Onun kimliyi hələlik açıqlanmır. Araşdırma davam edir.

Hazırda Kardaşyan uşaqları ilə birlikdə başqa ünvanda yaşayır. Buna səbəb malikanədə təmir işlərinin aparılmasıdır.