Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik

Livan Prezidenti Cozef Aun Beyrutun İsraillə razılaşmaq istədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Lebanon Files” məlumat yayıb.

Dövlət başçısı İsrailin razılaşma üçün əsas şərtinə - “Hizbullah” Hərəkatının tərksilah edilməsinə də toxunub:

“İsraillə razılaşma sülhə gedən yolu asanlaşdıra bilər. Hökumət ölkədə silahların yalnız dövlətin nəzarətində olması məqsədində qəti olsa da, bu prosesin daxili qarşıdurmaya gətirib çıxarmasını istəmir”.

Cozef Aun qeyd edib ki, Beyrut Avropa, ABŞ və ərəb ölkələrindən Livan ordusuna yardım etmələrini xahiş edib: “Livan ölkənin cənubunda yeni qüvvə yaradılmasını istəyir ki, UNIFIL-in (BMT sülhməramlılarının – red.) çıxmasından sonra təhlükəsizlik boşluğu yaranmasın”.