Amerikalı iş adamı İlon Mask Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün “Starlink”dən istifadə etməyə icazə verməyib.
Axar.az xəbər verir ki, bu barədə “Atlantik” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Jurnal Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorova yaxın mənbəyə istinadən bildirib ki, hazırda heç bir müsbət qərar yoxdur.
Qeyd edək ki, daha öncə Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenskiyə “Starlink” peyklərinin geniş istifadəsini müzakirə etmək üçün İlon Maskla görüşməyə icazə verilmədiyi xəbəri yayılıb.