"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan

"Məkkə" sazişini imzalayan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın öhdəlikləri NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinə uyğundur.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Texniki olaraq, bu eyni şeydir. Siz təhlükəsizlik paktına daxil olursunuz və bu, müqaviləni imzalayan ölkələrə öhdəliklər qoyur", - deyə o bildirib.