Məşhur aktrisanın “Oskar”ı geri alına bilər
06:20 17.08.2023
Dünya
348
Filmin ssenarisi gerçək deyilmiş
Dünyaca məşhur aktrisa Sandra Ballok tənqidlərlə üz-üzədir. Səbəb aktrisaya 2009-cu ildə “Oskar” mükafatı qazandıran “Kor Nöqtə” (The Blind Side) filminin təqdim edildiyi kimi heç də gerçək həyat hekayəsini əks etdirmədiyinin məlum olmasıdır. Film Maykl Levisin 2006-cı ildə nəşr olunmuş "The Blind Side: Evolution of a Game" adlı kitabındakı həyat hekayəsi əsasında çəkilib. Və Maykl Oherin Tuohi cütlüyü tərəfindən övladlığa götürülməsindən və bununla da həyatının tamamilə dəyişməsindən bəhs edir. Filmin rejissoru Con Lee Hankokk olub və bir çox nominasiyada “Oskar”a namizəd göstərilib. O cümlədən məşhur aktrisa Sandra Ballok da filmdə canlandırdığı əsas qadın obrazına görə “Oskar” mükafatı alıb. Lakin aktrisaya mükafat qazandıran filmin ssenarisinin gerçəkliyi əks etdirmədiyi, Tuohi cütlüyünün yalan danışdığı ortaya çıxıb. Bu səbəbdən də aktrisa saxtakarlığın bir parçası hesab edilir və ona təpkilər gəlməkdədir. Aktrisanın “Oskar”ı haqq etmədiyi iddiaları səsləndirilir. Mükafatın ondan geri alınması tələb edilir. İzləyicilər təpkilərini X (Twitter) platforması üzərindən aktrisaya ünvanlayıblar. Hətta filmdən əldə edilən gəlirin Maykl Oherin əsl valideynlərinə verilməsini tələb edənlər də var. Lakin aktrisa bu ittihamları rədd edib. O, filmin çəkilişlərindən öncə Maykl Oher və Tuohi ailəsiylə görüşdüyünü, lakin hekayənin həqiqi olmadığına dair heç bir sübut əldə edilmədiyini bildirib. Aktrisanın açıqlaması izləyicilər arasında ona tərəfdarlar da qazandırıb və onlar aktrisaya mükafatın canlandığı obraza görə verildiyini, aktrisanın kiminsə həyat hekayəsinin həqiqiliyini ortaya çıxarmaq kimi bir vəzifəsinin olmadığını qeyd ediblər: “Aktyorluqla bu həyat hekayəsinin həqiqiliyi arasında heç bir əlaqə yoxdur”. Mübahisələr bununla bitmir. Həyat hekayəsi filmə ssenari olan sabiq futbolçu Oher də, guya, onun övladlığa götürülməsi haqda deyilənləri təkzib edib. Oher bildirib ki, onu övladlığa götürməyiblər, sadəcə, himayəyə alıblar. Onu aldadaraq sənəd imzaladıblar, bütün hüquqlarını əlindən alıblar. Himayədar ailə filmə görə külli miqdarda gəlir əldə edib, ona isə bu gəlirdən bir qəpik də verilməyib. Təbii ki, Tuohi cütlüyü bu iddiaları rədd edib və filmə görə ailə üzvlərinin hər birinin 14 min dollar qazandığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq
12:49 19.08.2026
Ekologiya
Ən ağrılı məsələ yenə də məktəbli çantalarıdır - Həkim-pediatr
12:47 19.08.2026
Sağlamlıq
Maddi-mədəni irsimizi gələcək nəslə sap-sağlam çatdırmaq üçün…
12:42 19.08.2026
Ölkə
Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub
12:20 19.08.2026
Hadisə
Rusiya Myanmanın ilk kosmonavtını hazırlayacaq
11:51 19.08.2026
Dünya
Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
11:17 19.08.2026
Gündəm