Özbəkistan prezidenti Şavkat Mirziyoyev və ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək üçün telefon danışığı aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı ən yüksək səviyyədə əldə edilən bütün razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi vurğulanıb və strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivləri də müzakirə edilib.
Söhbət zamanı Özbəkistan prezidenti bir daha amerikalı həmkarını ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.