Moskva narahatdır! - "Vaşinqtonun hədəfi İrəvanı.."
Yusif Nəzərli
06:37 29.07.2022
Dünya
791
Rusiya Xarici İşlər Nazirliyinin Məlumat və nəşr departamentinin direktor müavini İvan Neçayev deyib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzrə səylər üçtərəfli bəyanatlara əsaslanmalıdır. Neçayev bildirib ki, Rusiya Cənubi Qafqazın sülh və çiçəklənmə zonasına çevrilməsinin tərəfdarıdır: “Biz bu istiqamət üzrə işimizdə sırf qurucu mövqe tuturuq və heç kimlə rəqabət aparmaq niyyətində deyilik. Bizim məqsədlərimiz konstruktivdir. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz dəfələrlə qeyd etmişik ki, müvafiq səylər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-c il üçtərəfli bəyanatlarına əsaslanmalıdır. Regiona daxil olmayan ölkələr qeyd olunan razılaşmalar müstəvisində fəaliyyət göstərəcəksə və onların reallaşmasına xidmət edəcəksə, biz bu ölkələrin prosesə qoşulmasına qarşı deyilik. Ən əsası, kimisə zəiflətmək üçün səhnəarxası oyunların aparılmasına yol verməməkdir”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, Rusiya rəsmilərinin bəyanatları Moskvanın Cənubi Qafqazla bağlı narahatlığına dəlalət edir. Professor bildirib ki, Rusiya Cənubi Qafqazda yeni oyunçuların peyda olmasında qətiyyən maraqlı deyil: “Burda birmənalı şəkildə ABŞ-dan söhbət gedir. Son günlər ABŞ-ın regionla bağlı xüsusi fəallığı hiss olunmaqdadır. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün İrəvana səfəri, dövlət katibi E.Blinkenin Azərbaycan və Ermənistan rəhbərləri ilə telefon danışığı Kremlin siyasi maraqlarına toxunur. Neçayev kifayət qədər diplomatik cavab versə də, Moskvanın narahatlığı açıq-aşkar ortadadır. Çünki Vaşinqtonun hədəfi İrəvanı Rusiyadan uzaqlaşdırmaqdır. Daha doğrusu, Kreml düşünür ki, Qərbin regiona nüfuz etməkdə məqsədi problemi çözmək yox, birbaşa Rusiyanı bölgədən kənarlaşdırmaq, əl-qolunu bağlamaqdır. Ona görə də “səhnəarxası oyunlara” qarşı olduğunu vurğulayır. Son bir aydır İrəvan hökumətinin anlaşılmaz addımları, erməni rəsmilərinin sərsəm açıqlamaları, qanunsuz silahlı dəstələrin Qarabağda insidentlər törətməsi göstərir ki, Ermənistan hansısa gücün təhriki ilə hərəkətə keçib. Hesab edirəm ki, son günlər erməniləri təxribata sövq edən tərəf Rusiyadan daha çox, İrandır. Dini rəhbərin məlum tviti, ümumən Tehranın son davranışları, bəyanatları İranın Ermənistanla bağlı narahatlığını göstərir. Hazırda Ermənistanın sülh prosesində ləng hərəkət etməsi birbaşa İranla bağlıdır”.
Professor qeyd edib ki, əslində Avropa İttifaqının təşəbbüsləri ilə keçirilən Azərbaycan-Ermənistan liderləri arasındakı görüşlərdə də Qərb ölkələri üçtərəfli bəyanatın icrasının zəruri olduğunu vurğulayıblar: “Nəticə olmasa da, Rusiya və Qərb həmin bəyanatın şərtlərinin yerinə yetirilməsini istəyir. Hər iki tərəfin açıqlamaları bu yöndədir. Rəsmi Bakının mövqeyi konkretdir və üçtərəfli bəyanatın bütün bəndlərinin qeyd-şərtsiz icra olunmasını tələb edir. Əks halda Qarabağda artan gərginlik fonunda xüsusi anti-terror əməliyatlarına getməyə məcbur qalacağını deyir. Son günlər bölgədəki gərginliyin artması göründüyü kimi Rusiyanı da narahat etməkdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat