
NATO daxilində çatlar: ABŞ Avropanın təhlükəsizliyini qorumağı planlaşdırmır
13:20 05.06.2025
Dünya
328
ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, NATO ölkələri təhlükəsizlik məsələsində yalnız ABŞ-yə güvənməməli, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsinə öz töhfələrini verməlidirlər. Onun sözlərinə görə, “güc vasitəsilə çəkindirmə və sülh” prinsipi əsasdır, lakin bu, təkcə ABŞ-nin üzərinə düşməməlidir. Vaşinqton müttəfiqlərə dəstək verməyə hazırdır, amma onların da fəal iştirakını gözləyir.
Pit Heqsetin açıqlaması NATO daxilində güc və məsuliyyət bölgüsünə dair getdikcə güclənən narazılığın açıq ifadəsidir. Bu, ABŞ-ın təkbaşına alyansın hərbi yükünü daşımaqdan yorulduğunun və tərəfdaşlardan real, praktiki addımlar gözlədiyinin göstəricisidir. Bu yanaşma həm də o deməkdir ki, ABŞ-ın təhlükəsizlik “çətiri” altında arxayın oturmaq dövrü bitmək üzrədir. NATO üzvləri, xüsusilə də Avropa ölkələri, artıq real təhlükə ilə üz-üzə qaldıqları bir zamanda, daha çox resurs ayırmalı, ordularını modernləşdirməli və alyans daxilində fəal rol oynamalıdırlar.
Politoloq İlqar Vəlizadə Sherg.az-a vurğulayıb ki, sözügedən məsələ artıq bir neçə aydır gündəmdədir:

"ABŞ-nin hazırkı administrasiyasının mövqeyi ondan ibarətdir ki, Avropa ölkələri təhlükəsizliklərini artıq özləri təmin etməlidirlər. Əlbəttə, Amerika Birləşmiş Ştatları NATO və Avropa çərçivəsində təhlükəsizlik təminatçısı rolundan imtina etmək niyyətində deyil. Lakin ABŞ Avropa ölkələrinin əvəzindən onların təhlükəsizliyini qorumağı da planlaşdırmır. Burada əsas məsələ təhlükəsizlik sahəsində məsuliyyətin paylaşılmasıdır. ABŞ-nin yanaşmasına görə, Avropa ölkələri təhlükəsizliklə bağlı məsuliyyəti bölüşməli, müəyyən dərəcədə bu yükün bir hissəsini öz üzərlərinə götürməlidirlər. Əks halda vahid Avropa təhlükəsizlik sistemindən deyil, daha çox Amerikanın müəyyən etdiyi və idarə etdiyi təhlükəsizlik sistemindən danışmaq anlamına gələcək. Bu yanaşma müəyyən təhdidlər fonunda formalaşır. Avropa ölkələri müstəqil siyasət yeritdikcə, bəzi konfliktlər və münaqişələr də yarana bilər. ABŞ-nin isə marağında deyil ki, bu münaqişələrdə birbaşa iştirak etsin. Bu səbəbdən də Amerika Avropa ölkələrinə təklif edir ki, belə problemləri özləri həll etsinlər və ABŞ-ni bu prosesə cəlb etməsinlər. Çünki ABŞ-nin öz maraqları var və bu maraqlar hər zaman Avropa İttifaqının və ya onun ayrı-ayrı ölkələrinin maraqları ilə üst-üstə düşmür. Rusiya-Ukrayna müharibəsi fonunda da bu yanaşma özünü bir daha göstərdi. ABŞ bu münaqişədə birbaşa iştirak etmək niyyətində deyil və hər hansı bir təhlükə yaranacağı təqdirdə, ABŞ ilk növbədə Avropa ölkələrinə müraciət edəcək. Yəni bu ölkələr təhlükənin qarşısını almaqda daha çox məsuliyyət daşımalı və böyük yükü öz üzərlərinə götürməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil