“ABŞ ilə İran arasında razılaşma olub-olmamasından asılı olmayaraq, İsrail Tehranın nüvə proqramına qarşı mübarizəni davam etdirəcək və öz təhlükəsizliyini təmin etmək üçün zəruri hesab etdiyi bütün addımları atacaq”.
Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu İsrailin mövcudluğunun müzakirə mövzusu olmadığını vurğulayıb.
Baş nazir həmçinin ABŞ Prezidenti Donald Trampı “İsrailin ən böyük dostu” adlandırıb və Vaşinqtonla Təl-Əviv arasında İranın nüvə proqramına qarşı əməkdaşlığı yüksək qiymətləndirib.
Netanyahu əlavə edib ki, İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq əzmindədir.