Netanyahudan İran açıqlaması: Bu, bizdən onların məhvini tələb edir
11:03 10.10.2025
Dünya
342
“İsrailin təhlükəsizliyi müharibənin məqsədlərinə çatmağı tələb edir; bunlara HƏMAS-ın mərkəzində dayandığı İran oxunun məhv edilməsi də daxildir”.
Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.
“İsrailin təhlükəsizliyi müharibənin məqsədlərinə çatmağı tələb edir, bunlara girovların azad edilməsi, İran tərəfindən ölkəmizin varlığına yönələn nüvə və ballistik təhlükənin, eləcə də mərkəzində HƏMAS duran İran oxunun məhvinin təmin edilməsi daxildir”, - hökumət başçısı vurğulayıb.
Qəzza zolağında atəşkəs razılaşması barədə danışarkən İsrail lideri bildirib ki, HƏMAS bölgədə nizamlanma və girovların azad olunması barədə ancaq boğazında qılınc hiss etdikdə razılaşıb:
“HƏMAS razılaşmanı yalnız o zaman qəbul etdi ki, qılıncı boğazında hiss etdi. Və bu qılınc hələ də oradadır,” – deyə Netanyahu qeyd edib.
Binyamin Netanyahu əlavə edib ki, planın icrasının indiki mərhələsində İsrailin əsas diqqəti girovların azad edilməsinə yönəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya