Xarici qüvvələr regionda təhlükəsizliyin əsas amilidir və onlar regionu tərk etməlidirlər.
Axar.az xəbər verir ki, bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti X hesabında yazıb.
O İran ordusunun, xalqının müqavimətini yüksək qiymətləndirib.
Vilayəti eyni zamanda qeyd edib ki, region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi yolu ilə bölgənin təhlükəsizliyini özləri təmin edə bilərlər.