Paşinyan Qırğızıstanın inkişaf tempini yüksək qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanın inkişaf tempini yüksək qiymətləndirdiyini bildirib.

Sherg.az xəbər verir ki, Paşinyan bunu Çolpon-Atada Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarovla görüşü zamanı deyib.

Baş nazir Qırğızıstanın əldə etdiyi uğurların iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb. Japarov isə Ermənistanla münasibətlərin daha da inkişafına önəm verdiklərini bildirib.

Görüş zamanı Japarov Paşinyanı yenidən baş nazir təyin olunması münasibətilə təbrik edib. Paşinyan isə Qırğızıstanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib.