Rusiya Prezidenti Vladimir Putin ölkənin sərhədyanı bölgələrində çalışan müəllimlərin çətin şəraitə baxmayaraq öz vəzifələrini layiqincə yerinə yetirdiklərini bildirib.
Sherg.az xəbər verir ki, Putin müəllimlərin şagirdləri qarşısında borclarını ən yaxşı şəkildə yerinə yetirdiyini qeyd edib.
Onun sözlərinə görə, sərhədyanı rayonlarda vəziyyət hazırda mürəkkəbdir. Putin daha əvvəl müəllimlərin Rusiyanın gələcəyinin formalaşmasında mühüm rol oynadığını və onların gənc nəslə düzgün bilik bazası qazandırdığını vurğulayıb.