Almaniyanın nüfuzlu nəşrlərindən biri olan "Bild" qəzeti Rusiya Prezidenti Vladimir Putin və keçmiş gimnast Alina Kabaeva ilə bağlı uzun illərdir səsləndirilən iddiaları yenidən gündəmə gətirib.
Sherg.az xəbər verir ki, nəşrin araşdırmasına görə, rəsmi şəkildə təsdiqlənməsə də, Putin və Kabaevanın 2015 və 2019-cu illərdə anadan olmuş iki oğlunun olduğu iddia edilir.
Məlumata əsasən, uşaqlar yüksək mühafizə şəraitində, ictimaiyyətdən uzaq mühitdə yaşayır və onların təhsili xarici müəllimlər tərəfindən təşkil olunur. İddialarda Almaniya və digər Qərb ölkələrindən olan dayə və müəllimlərin bu prosesdə iştirak etdiyi bildirilir.
Araşdırmada həmçinin uşaqların sosial mediadan istifadəsinin qadağan edildiyi, elektron cihazlardan məhdud şəkildə yararlandıqları və müəllimlərin gündəlik hesabatlar hazırladıqları qeyd olunur.