Ravvin Ermənistandakı yəhudilərə müraciət edib
17:46 11.09.2023
Dünya
494
"Xilas olmaq istəyirsinizsə, Azərbaycana gedin! Burada səmimi münasibət görə, vətəndaşlıq və təhlükəsizliyə zəmanət ala bilərsiniz".
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın iblisləşdirilməsinə və onun düşmənlərinin Holokost mövzusundan istifadə etməsinə qarşı kampaniyanın təşəbbüskarı, bakılı ravvin Zamir İsayevin Ermənistanda qalan sonuncu yəhudilərə müraciətində deyilir.
“Bu yaxınlarda İrəvanda yaşayan bir neçə yəhudi mənimlə əlaqə saxlayıb. Onlar böyük təzyiq altındadır və Holokost terminologiyasından istifadəyə qarşı çıxan Avropa, Amerika, İsrail, eləcə də müsəlman ölkələrinin ravvinlərinin təşəbbüsünə görə təhdid edilirlər. Xalqımızın faciəsi olan Holokostun xatirəsindən Ermənistan rəhbərliyi tərəfindən öz siyasi məqsədləri üçün istifadə edilməsinə qəzəblənməyə bilmirəm", - Z.İsayev videomüraciətində bildirib.
Ravvin Ermənistanda yaşayan bir neçə yəhudiyə bu ölkəni tərk etməklə bağlı müraciət edib:
"Axı təhdid olunduğunuz ölkədə yaşaya bilməzsiniz. Əgər Ermənistanda mənim sözlərimə görə cavabdehlik daşıdıqlarını düşünürlərsə, bu ölkədən getsinlər! Əgər siz Holokost yaddaşından mənfur siyasi məqsədlər üçün istifadənin müdafiəsinə məcbur edilirsinizsə, oradan çıxın! Daha yaxşısı, yəhudilərə qardaş kimi baxılan Azərbaycana gəlin!"
Z.İsayev Ermənistanı tərk etmək istəyənlərə onunla feysbuk vasitəsilə əlaqə saxlamağı tövsiyə edib:
"Əgər valideynlərinizdən heç olmasa biri yəhudidirsə, 1991-ci ildən əvvəl verilmiş doğum haqqında şəhadətnaməniz varsa, mənimlə əlaqə saxlayın. Açıq şəkildə öhdəmə götürürəm ki, sizi Azərbaycanda yaxşı qarşılayacaqlar, vətəndaşlıq alacaqsınız və təbii ki, təhlükəsizliyinizi təmin edəcəksiniz. Hətta İsraildə deyirlər ki, Azərbaycan yəhudilərin yaşaması üçün ən təhlükəsiz yerlərdən biridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya