Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağa çalışır
Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağa çalışır
Yusif Nəzərli
07:44 01.11.2022
Dünya
703
Ancaq bu istiqaməti hərəkətə gətirmək üçün illər lazımdır
Rusiya Avropanın qaz bazarında mövqelərini itirmək üzrədir. Əgər keçmiş illərdə Avropa İttifaqının Rusiya qazından asılılığı 35 faiz civarında idisə, hazırda bu rəqəm 7 faizə qədər enib. Bəzi ölkələr isə ümumiyyətlə Rusiya qazından tamamilə imtina ediblər, ilin başlanğıcından qaz ehtiyatlarını başqa ölkələrdən idxal hesabına doldurublar. Rusiya qazından ən çox asılı olan ölkələrdən biri Almaniya idi. Ancaq hətta Almaniya belə bu qış Rusiya qazı olmadan keçinməyə çalışacaq. Avropa ölkələri baha olmasına baxmayaraq, ABŞ-dan kifayət qədər sıxılmış qaz alıblar. Avropa ölkələrinin ABŞ və Norveçdən aldıqları qaz tələbatının təxminən 80 faizini ödəyir.
"Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya Avropaya sata bilmədiyi qazı Asiya bölgəsinə istiqamətləndirməyə çalışır. Analitikin fikrincə, əsas hədəf Çindir:
"Ancaq bu istiqaməti hərəkətə gətirmək üçün illər lazımdır. Rusiya iqtisadiçılarının fikrincə, Moskvanın Pekinlə danışıqlarda mövqeləri zəifdir. Pekin bilir ki, Rusiya Avropaya sata bitmədiyi qazı Çinə satmağa çalışır. Ona görə də Pekin qərarında tələsmir və qazın qiymətini aşağı salmağa çalışır ki, bu, Rusiyanın maraqlarına cavab vermir. Rusiyanın “Qazprom” şirkəti Pekinlə danışıqlardan narazıdır. “Qazprom“ şirkətinin qaz nəqli 40 faizdən çox azalıb. Bu, təxminən 59 milyard kubmetr qaz həcmidir. Bu ilin sonu üçün “Qazprom”un itkiləri daha da artacaq. Bu səbəbdən Avropa bazarını Asiya bazarı ilə əvəz etmək praktik baxımdan mümkün deyil. Buna görə də rusiyalı iqtisadi ekspertlər Sibirin qaz infrastrukturunun inkişafına xərclərin azaldılması vacibliyini bildiriblər. Çünki Sibirin qaz infrastrukturuna qoyulacaq yatırımlar geri qayıtmayacaq".
Ekspertə görə, buna baxmayaraq, Rusiya Çinə “Sibirin gücü-2” boru xəttinin tikintisinə başlamaq istəyir: "Boru xətti Monqolustanın ərazisindən keçməlidir. Rusiya hakimiyyəti hesab edir ki, Çinin iqtisadi inkişafı artdıqca bu ölkənin əlavə enerjiyə ehtiyacı olacaq. Çin Rusiya qazını ucuz almağa çalışacaq. “Qazprom” şirkəti Avropada həm bazarını, həm də gəlirlərini itirir. Rusiya İran üzərindən Pakistan bazarına da çıxış əldə etmək istəyir. Pakistanın qaza tələbatı var. Ona görə bəzi ekspertlərin fikrincə, Rusiya İran və Pakistanla qaz anlaşmaları imzalaya bilər. Ancaq bu layihənin reallaşması üçün zaman lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya