Rusiya BMT-ni hədələdi: “İran dronları ilə bağlı araşdırma davam edərsə, taxıl müqaviləsi ləğv edilə bilər”
Yusif Nəzərli
04:53 21.10.2022
Dünya
799
“Rusiyanın İran pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı BMT-nin təhqiqatına cavab olaraq Moskva BMT ilə “əməkdaşlığa yenidən baxa” bilər. O cümlədən də taxıl sazişinin uzadılması ilə bağlı məsələni yenidən nəzərdən keçirə bilər”.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Bununla bağlı bəyanat BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra verilib. İclasda İranın Rusiyaya pilotsuz təyyarələr verməsi ilə bağlı ittihamlar səsləndirilib.
Polyanski Rusiyanın taxıl müqaviləsinin uzadılmasının vacibliyinə hələ “əmin olmadığını” deyib. Eyni zamanda Rusiya gübrələri və ərzaq məhsullarının ixracının əsas məsələ olaraq qaldığını qeyd edib.
Polyanskinin sözlərinə görə, Moskva ümid edir ki, katiblik və BMT Baş katibi İranın pilotsuz təyyarələri ilə bağlı hər hansı araşdırma və təhqiqatda iştirakdan çəkinəcək. Rusiyalı diplomat bu araşdırmaları “qanunsuz” adlandırıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının qərarının pozulması, BMT mandatının hüdudlarından kənara çıxılması kimi qiymətləndirib. “Əks halda Rusiya BMT ilə əməkdaşlığa yenidən baxacaq. Biz bunu istəmirik, lakin başqa seçim olmayacaq”, - deyə Polyanski təhlükənin ciddiliyini vurğulayıb.
Mənbə: Ukrinform
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm