Rusiyanın Sakit Okean Donanmasının son təlimləri zamanı “P-800 Oniks” qanadlı raketlərinin imkanları nümayiş etdirilib.
Sherg.az xəbər verir ki, raket səs sürətini 2,5 dəfə üstələyən sürəti ilə gəmi əleyhinə hücumlarda ciddi üstünlük yarada bilər.
Təlimlərdə “Bal” və “Bastion” sahil raket kompleksləri Primorye, Kamçatka, Çukotka və Kuril adalarında yerləşdirilib.
Yerli medianın məlumatına görə, "Bastion” komplekslərinin əsas üstünlüklərindən biri sahildən geniş ərazilərə nəzarət imkanı verməsidir. Bununla belə, ekspertlər müasir hava hücumundan müdafiə sistemlərinin çoxsəviyyəli olduğunu və raket hücumlarının nəticəsinin bir sıra amillərdən asılı olduğunu bildirirlər.
Məqalədə Rusiyanın gələcəkdə “Oniks” raketlərini hipersəsli “Sirkon” raketləri ilə əvəzləməyə çalışdığı da qeyd olunur.