Rusiya ordusuna yeni Su-57 qırıcıları verilib

Rusiya Aerokosmik Qüvvələrinə yeni texniki xüsusiyyətlərə malik Su-57 qırıcılarının növbəti partiyası təhvil verilib.

Sherg.az xəbər verir ki, bu barədə “Rostex”in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarələr qoşunlara göndərilməzdən əvvəl zavod sınaqlarından keçirilib. Rusiya Müdafiə Nazirliyinin pilotları qırıcıları müxtəlif uçuş rejimlərində sınaqdan keçirib. Daha sonra təyyarələr yerləşdiriləcəyi aerodroma uçuş həyata keçirib.

“Rostex” daha əvvəl Su-57-nin mühərrikinin imkanları barədə məlumat verərək onun ən gərgin uçuş rejimlərindən birində 2 min dərəcəyədək temperatura tab gətirə bildiyini açıqlamışdı.