Rusiya Qərbə qarşı siyasi blok yaradır
Yusif Nəzərli
09:30 06.07.2022
Dünya
620
İranın, Argentinanın və Braziliyanın BRİKS-ə qoşulmaq niyyəti görünür
ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa və Yaponiyanın ötən həftə Almaniyada gerçəkləşən toplantısında əsas müzakirə mövzusu Rusiya olub. “Böyük yeddilər” Rusiyaya qarşı sanksiyaların sərtləşməsi barədə fikir mübadiləsi aparıblar. Ancaq hələ ki, Qərb dövlətlərinin ortaq qərarları Rusiyanı durdurmağa kifayət etmir. “Böyük yeddilər” Rusiya ilə Çin arasında tərəfdaşlıq münasibətlərindən də narahatdırlar. Onlar Çindən Moskvanın siyasətinə təsir etməsini istəyiblər. “Böyük yeddilərin” məntiqinə görə, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini durdurmaq üçün Kremlə təzyiq etməlidir.
“Atlas” Araşdırmalar Mərkəzi Elxan Şahinoğlu deyib ki, Pekin hökuməti Rusiya-Ukrayna müharibəsinə görə Qərbi ittiham etməkdə daha çox maraqlıdır. Analitikin fikrincə, “Böyük yeddilər” bir tərəfdən Pekini yola gətirməyə çalışırlar. Digər tərəfdən isə NATO-nun yeni konsepsiyasında Çin təhlükələrdən biri kimi dəyərləndirilir:
“Pekin bu dəyərləndirməni təxribatçı adlandırır. Hesab edir ki, NATO “soyuq müharibə” dövründəki baxışlarını hələ də davam etdirir. Pekin NATO-nun Avropanı qarışdırdığını, indi isə hədəf kimi Asiya qitəsini seçdiyini iddia edir.
Bu arada, Kreml “böyük yeddilərə” qarşı BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sıralarını genişlədirməyə qərar verib. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov artıq genişlənmə prosesinə start verildiyini bildirib. Lavron növbəti iki ölkənin adını da çəkib:
“Argentina və İran layiqli namizədlərdir”. İran BRİKS-ə üzv olmaq üçün müraciət göndərib. Argentinanın da Braziliyanın ardınca təşkilata qoşulmaq istəyi var. Rusiyanın məqsədi aydındır. Kreml BRİKS-i genişləndirmək yolu ilə ətrafında Qərbə qarşı siyasi blok formalaşdırmağa çalışır.
BRİKS ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmirlər. Buna baxmayaraq, BRİKS ölkələrinin Rusiya ilə əməkdaşlıqlarını davam etdirmələri və Kremllə təmaslarını davam etdirməsi də Prezident Vladimir Putin üçün vacibdir. Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı