Rusiya yeni bir dönəmə keçir
- AKTUAL ŞƏRH
Yusif Nəzərli
09:41 16.01.2020
Dünya
841
Hökumətin gücləndirilməsi növbəti mərhələdə Putinin baş nazir kimi hakimiyyətdə qalmasına hesablanıb
Rusiya Prezidenti Vladimir Putin ölkədə hökumətin formalaşdırılmasının Dövlət Dumasına həvalə olunmasını təklif edib. Putin bu təklifi Federal Məclisə növbəti müraciəti zamanı səsləndirib. O deyib ki, Dövlət Duması hökumətin başçısının və üzvlərinin namizədliyini təsdiq edə bilər. Prezidentin bu namizədləri rədd etmək hüququ olmayacaq. Eyni zamanda, Vladimir Putin vurğulayıb ki, Rusiya prezident respublikası olaraq qalmalıdır. Xatırladaq ki, bu, Putinin ölkənin Federal Məclisinə 16-cı müraciətidir. Bundan əvvəl Boris Yeltsin və Dmitri Medvedyev də Federal Məclisə belə müraciətlər ediblər. Ənənəyə görə, Rusiya prezidenti ölkədə yaranmış vəziyyəti təhlil edir, perspektivlər və planları müəyyənləşdirir.
Məlumat üçün bildirək ki, Rusiya hökuməti istefa verib. İstefa baş nazir Dmitri Medvedyevin prezidentlə görüşündən sonra baş tutub: “Düşünürəm ki, Rusiya Konstitusiyasının 117-ci maddəsinə uyğun olaraq, hökumətin hazırkı tərkibdə istefaya getməsi düzgün qərardır”. Putin Medvedyevə baş nazir kimi fəaliyyətinə görə təşəkkür edib.
Putinin məlum təklifini “Şərq”ə analiz edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya prezidentinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Ekspertin sözlərinə görə, Kreml rəhbəri növbəti seçkilərdə qanunvericiliyə uyğun olaraq namizədliyini verməyəcək:
“Hesab edirəm ki, ölkədə baş nazirlik sisteminin gücləndirilməsi növbəti mərhələdə Putinin baş nazir kimi hakimiyyətdə qalmasına hesablanıb. Dövlət Dumasına müraciət reallaşarsa, Rusiya yeni bir dönəmə keçid edəcək. Nəticədə prezidentin səlahiyyətləri azalacaq. Putin növbəti mərhələdə hakimiyyət sükanında oturmaq üçün struktur dəyişikliyinə getmək niyyətindədir. Rusiya və Belarus arasında ittifaq dövləti baş tutsaydı, Putin dövlət şurasının sədri olacaqdı. Ancaq bu variant reallaşmadığından, görünür, növbəti mərhələ üçün başqa gediş hazırlanır. Çox güman ki, Rusiyanın dövlət idarəçilik sistemində dəyişikliklər baş tutacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region