Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb

Rusiya qoşunları avqustun 10-da Zaporojyeyə (Ukrayna) idarəolunan aviabomba ilə zərbə endirib, nəticədə 13 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında bildirib.

Onun sözlərinə görə, hücum səhər saatlarında baş verib. Zərbə nəticəsində avtomobillər yanıb və fərdi ev zədələnib.

"Avtomobillər yanır, fərdi ev zədələnib: Rusiyanın Zaporojyeyə hücumunun ilkin nəticələri belədir. Ruslar vilayət mərkəzinə idarəolunan aviabomba atıblar", - Fyodorov deyib.

Prokurorluğun məlumatına görə, yaralananlar arasında 10 yaşlı qız da var. O, ağır vəziyyətdə xəstəxanadadır.