İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı general İsmayıl Qəni yüksək səviyyəli hərbi və təhlükəsizlik heyəti ilə İraqın paytaxtı Bağdada gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Hadas” telekanalı məlumatlı mənbələrə istinadla bildirib.
Telekanal qeyd edib ki, iranlı general Bağdadda İranın İraqda proksi qruplarının liderləri və komandirləri ilə görüşüb.