Səudiyyə Ərəbistanı ilə Suriya arasında 6 sənəd imzalanıb
20:51 28.08.2025
Dünya
366
Səudiyyə Ərəbistanının bir neçə şirkəti Suriyanın Energetika Nazirliyi ilə qaz yataqlarının kəşfiyyatı və işlənməsi, qazma, qaz emalı, geofiziki tədqiqatlar və seysmik məlumatların şərhi sahəsində əməkdaşlığı əhatə edən 6 qarşılıqlı anlaşma memorandumu imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.
TAQA və ADES Holdinq neft və qaz yataqlarının işlənilməsi və idarə olunması üçün kompleks həllərin təmin edilməsinə yönəlmiş iki sənəd, "Arabian Drilling Company" neft-mədən xidmətləri, o cümlədən qazma və texniki xidmətləri əhatə edən anlaşma memorandumu imzalanıb, "Arabian Geophysical and Surveying Company" (ARGAS) arasında isə geofiziki əməkdaşlıq və geoloji tədqiqatlar sahəsində razılıq əldə olunub.
Enerji sektorunda Səudiyyə Elektrik Şirkəti enerji istehsalı, ötürülməsi və paylanması, eləcə də texniki və konsaltinq dəstəyini əhatə edən anlaşma memorandumu imzalayıb. Səudiyyə Elektrik Layihəsinin İnkişafı Şirkəti mühəndislik və konsaltinq xidmətləri və enerji paylanması ilə bağlı layihələr üzrə əməkdaşlıq etmək barədə razılığa gəlib.
Bundan əlavə, "ACWA Power" şirkəti 1000 meqavata qədər gücə malik günəş enerjisi və enerji saxlama sistemləri, o cümlədən 1500 meqavata qədər külək enerjisi layihələri üzrə tədqiqatların aparılması və təkliflərin təqdim edilməsi haqqında saziş imzalayıb. Sənəd Suriyanın mövcud elektrik stansiyalarının qiymətləndirilməsini, onların reabilitasiyası və modernləşdirilməsi üzrə təkliflərin verilməsini, milli şəbəkənin qiymətləndirilməsi və optimal enerji balansının müəyyən edilməsi üçün texniki tədqiqatların aparılmasını nəzərdə tutur.
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatına görə, silahlı münaqişə zamanı Suriyanın neft və qaz infrastrukturu xeyli zərər çəkib. 2011-ci ilə qədər ölkədə gündə təxminən 400 min barel neft hasil edilir və karbohidrogenlər ixrac edilirdisə, son illərdə hasilat həcmi 10 dəfədən çox azalıb. Suriya əksər yanacaq növləri üzrə idxaldan asılı olaraq qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm