Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəsinin Ukrayna ərazisi üzərində raketlərin zərərsizləşdirilməsi imkanını müzakirə etməsinin vacibliyini bildirib.
Sherg.az xəbər verir ki, Sikorski bu barədə PAP agentliyinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, raketlərin sonradan Polşa hava məkanına daxil olmasını gözləməkdənsə, onların Ukrayna səmasında vurulmasının daha məqsədəuyğun olub-olmaması ciddi şəkildə müzakirə edilməlidir. Nazir vurğulayıb ki, bu məsələ daxili siyasi rəqabətin predmetinə çevrilməməlidir.
Sikorski həmçinin qeyd edib ki, hazırda Ukraynanın Rusiyanın ballistik raketlərinə qarşı effektiv müdafiə imkanları məhduddur.