Smolenskdə dron hücumu səbəbindən partlayışlar qeydə alınıb
Yusif Nəzərli
07:29 12.10.2025
Dünya
511
Oktyabrın 12-nə keçən gecə Rusiyanın Smolensk şəhərində dron təhlükəsi səbəbindən həyəcan siqnalı verilib, daha sonra sosial şəbəkələrdə aviasiya zavodu ərazisində partlayışların olduğu barədə məlumat yayılıb.
Teleqraf "Astra" teleqram kanalına istinadən xəbər verir ki, yerli sakinlər Smolensk Aviasiya Zavodunun da yerləşdiyi aerodrom ərazisində partlayışlar olduğunu bildiriblər. "Militarnıy" nəşri qeyd edir ki, şahidlərdən birinin çəkdiyi videoda zenit raketlərinin buraxılışından sonra qalan izə bənzər bir iz görünüb.
Bundan əlavə, Bryansk vilayətinin Vyqoniçi qəsəbəsində də çoxsaylı partlayışlar qeydə alınıb, yerli elektrik yarımstansiyası hədəfə alınıb.
Qeyd edək ki, Smolensk Aviasiya Zavodu yüksək dəqiqlikli X-59 və X-101 raketlərinin komponentlərini, pilotsuz uçuş aparatlarını və döyüş aviasiyası üçün agregatları istehsal edir. Zavod Avropa İttifaqı və Ukrayna tərəfindən sanksiya siyahısına daxil edilib.
Ukrayna qüvvələri zavodu 2025-ci ilin yanvarında hücuma məruz qoymuş və istehsal prosesinə ziyan vurmuşdu.
“Financial Times”ın məlumatına görə, ABŞ bir neçə aydır ki, Ukraynaya Rusiyanın enerji və hərbi obyektlərinə zərbələr endirməsində dəstək verir. Kəşfiyyat missiyaların planlaşdırılmasına yardım edir, bu da Ukraynanın uzaqmənzilli dronlarının rus hava müdafiəsini dəf etməsinə imkan yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya