Şoyqu: Rusiya və ABŞ-nin Ukrayna ilə bağlı sülh təşəbbüsü "dayandırılır"

Ukrayna ilə bağlı Rusiya-Amerika sülh təşəbbüsü əsasən Kiyev rejiminin sülh üçün siyasi iradəsinin olmaması və daim gərginləşmə istəyi səbəbindən "dayandırılır".

Teleqraf xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Şoyqu Birinci Beynəlxalq Təhlükəsizlik Forumu çərçivəsində MDB Təhlükəsizlik Şurası katiblərinin qeyri-rəsmi görüşündə bildirib ki, Rusiya-Amerika sülh təşəbbüsü təəssüf ki, ləngiyir. Onun həyata keçirilməsinə əsas maneə Kiyev rejiminin sülh üçün siyasi iradəsinin tam olmaması və daim gərginləşmə istəyidir.