“Taliban” ABŞ-ın aləti olan İŞİD-i mütləq zərərsizləşdirməlidir
22:35 29.09.2021
Dünya
370
"Çünki istənilən zaman bu alət Əfqanıstan dövlətinə və cəmiyyətinə qarşı istifadə oluna bilər"
“Taliban” Əfqanıstanın şərqində yerləşən Nanqahar əyalətində və ölkə paytaxtı Kabil ərazisində terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyat keçirdiyini bildirib. Bu məlumatı “The Khaama Press” agentliyi yayıb. Qeyd edək ki, sentyabr ərzində “İŞİD Xorasan” terrorçu qruplaşması Əfqanıstanın Nanqahar əyalətində bir neçə partlayış törədib, silahlı hücum ediblər.
Yerli sakinlər və “Taliban” silahlıları bu hadisələrin qurbanı olub.
Mövzuya münasibət bildirən politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, "Taliban" Əfqanıstanda öz hökumətini legitimləşdirmək üçün artıq orada təhlükəsizliyini və sabitliyini təmin etmək istəyir. Ona görə də "Taliban" ilk növbədə qlobal güclərin, xüsusilə də ABŞ-ın əlində geosiyasi alət olan və idarə olunan İŞİD kimi terrorçuları Əfqanıstanda mütləq zərərsizləşdirmək məcburiyyətindədir:
"Çünki istənilən zaman bu alət Əfqanıstan dövlətinə və cəmiyyətinə qarşı istifadə oluna bilər. Amerika Birləşmiş Ştatlarının və digər qlobal güclərin əslində əsas hədəflərindən biri Əfqanıstanı yanğın yerinə çevirib və bunu regionda özünə rəqib olan güclərin əleyhinə çevirməkdən ibarətdir. Həmin hədəflər bu gün yenə də ABŞ-ın əsas rəqibi olan Çinə qarşı Sakit okean və Hind okeanı hövzəsində yaradılıb. Biz bunu Amerika Birləşmiş Ştatları, İngiltərə və Avstraliyanın birgə yaratdığı ittifaqda, eyni zamanda həmin hövzədə yaradılan Hindistanın iştirakı ilə yaradılan bir dördlük ittifaqında da gördük. Ona görə də bu ittifaqları Çinə qarşı yaratmaqla, bu o demək deyil ki, Əfqanıstandan birmənalı olaraq Amerika Birləşmiş Ştatları imtina edir".
Politoloq əlavə edib ki, bu günləri İŞİD kimi geosiyasi maraqları təmin edən və bir çox ölkələrdə ortalığı qarışdıran terror ünsürləri var:
"Bu qruplaşmaları Suriyada və digər bölgələrdə də müşahidə edirik. Buna görə də Əfqanıstanda özünü hökumət elan edənlər mütləq mənada təhlükəsizliyi və sabitliyi təmin etməlidir. Bütün dünyada beynəlxalq səviyyədə İŞİD kimi terrorçu bir təşkilata qarşı mübarizə "Taliban" hökumətinə əlavə üstünlüklər qazandırır. Çünki bu səbəbləri göstərərək bu gün ABŞ İraqda və Suriyada öz varlığını sürdürməkdədir. Əgər terrorra qarşı mübarizə həmin bölgələrdə ABŞ varlığına zəmin yaradırsa, əlbəttə ki, bu, İŞİD-ə qarşı mübarizədə "Taliban"a müəyyən üstünlüklər qazandıra bilər. Çünki əks təqdirdə "Taliban" da bunu ABŞ-a qarşı istifadə edə bilər. İŞİD zaman-zaman Əfqanıstanda məhz ABŞ-ın geosiyasi aləti olaraq "Taliban"a qarşı mübarizədə istifadə edilib. Bu, birinci dəfə deyil. Bu gün Əfqanıstanı terror yuvasına çevirmək istəyən qlobal güclər var. "Taliban" da düşünürəm ki, bunun qarşısını almaq məcburiyyətində olduğunu anlayır" .
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm