“Taliban xəmiri çox su aparacaq”: “Hər iki tərəf güclüdür”
13:54 13.09.2021
Dünya
1003
“Əfqanıstandakı proseslərin hələ əlli illiklər davam edəcəyi də istisna deyil”
Əfqanıstanın Bağlan əyalətində Taliban hərəkatının üzvləri ilə milli müqavimət cəbhəsinin silahlıları arasında döyüşlər yenidən başlayıb. Bu barədə TASS-a müqavimətçilərə yaxın mənbə bildirib. "Bu səhər Bağlanda, Puli-Xisar regionunda “taliblər” və müqavimətçi silahlılar arasında döyüşlər yenidən başlayıb. Taliban silahlıları itki verərək, geri çəkilməyə məcbur ediliblər", - mənbə agentliyə bildirib.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Əfqanıstandakı vəziyyəti “Sherg.az”a qiymətləndirərkən bildirib ki, situasiya mürəkkəbləşməyə doğru gedir:
“Talibana qarşı müqavimət yeni deyil. Bu, 90-cı illərdə də olmuşdu. Hətta 2001-ci ildə Talibanın devrilməsində məhz müqavimət hərəkatı mühüm rol oynamışdı. Müqavimətçilər də, sözügedən radikal qruplaşma da kifayət qədər güclüdür. Və bu, artıq beynəlxalq məsələyə çevrilib. Çünki tərəfləri müxtəlif dövlətlər dəstəkləyir. İkinci bir tərəfdən, münaqişənin kökü bu gündə deyil. Əks halda çoxdan razılıq əldə edilmişdi. Məsələ ondan ibarətdir ki, müqavimətçilərin lideri Əhməd Məsudun atası da vaxtı ilə Talibana qarşı dirəniş göstərib. Yəni bu, həm də mənəvi məsələdir”.
H.Səhrəblının fikrincə, məsələ asanlıqla həllini tapmayacaq:
“Dediyim kimi, hər iki tərəf güclüdür. Qərb hazırda Əfqanıstanda o qədər də fəal deyil. Çünki uzun illər çalışsa da, istədiyinə nail olmadı. İndi proseslərə yalnız kənardan madaxilə edir. Əlbəttə, ölkənin bu duruma düşməsində beynəlxalq güclərin, o cümlədən Qərbin mühüm rolu var. Rusiya, Çin, ABŞ Əfqanıstanda müəyyən təsir imkanlarına sahibdir. Sosial baza isə problemi həll etməkdən ötrü lazımi səviyyədə deyil. İnsanlar hələ nəyin baş verdiyini anlamırlar. Vətəndaşların çoxu cahildir, biliklilərin sözlərinə isə əhəmiyyət verilmir. Daxildə birlik yoxdur. Bu mənada Əfqanıstandakı proseslərin hələ əlli illiklər davam edəcəyi də istisna deyil”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm