Tarixi 6 min il əvvələ gedib çıxır: Böyük sirr açılacaq!
Yusif Nəzərli
06:04 19.12.2023
Dünya
383
Anadoluda ilk yazılı kitabələrin tapıldığı Kültəpə Kanış Karum Ören Yerində “mümkünsüz” hesab edilən tapıntılar üzə çıxıb. Hazırda alimlər bu tapıntıların üzərində işləyir. Nəticələr elm dünyasını sözün həqiqi mənasında silkələyə bilər.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, bu tapıntıların 6 min əvvələ aid olduğu təxmin edilir. Tədqiqatçılar “onların burada olması möcüzədir”, deyərək sirri çözməyə çalışırlar. Bu tapıntılar 6 min əvvəl hititlərin Anadoluda saldığı qədim bir şəhərin qalıqlarıdır. Bu qədim şəhər mərkəzdən 24 kilometr məsafədə yerləşir. Burada idarə binaları, dini tikililər, evlər, dükanlar, atelyelər olub. Bu yerdə qazıntılara başlanmasının tarixi ötən əsrin 40-c illərinə aiddir. 1948-ci ildə aparılan qazıntılar zamanı üzə çıxan şəhər qalıqlarının olduğu Kültəpə ərazisi zamanla Türkiyənin önəmli turizm mərkəzlərindən birinə çevrilib. Qazıntılar zamanı üzə çıxan bir çox bitki növləri də yerli və xarici tədqiqatçıların diqqətini çəkib. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsi Arxeoloji Bölümünün müəllimi və qazıntılar üzrə rəhbər professor Fikri Kulakoğlu tədqiqatlarda yalnız Türkiyə arxeoloqlarının deyil, xarici tədqiqatçıların da çalışdığını deyib. Professor bildirib ki, tədqiqatçılar arasında ən qədim zamanların araşdırıcıları var və onlar ərazidə botanika, zoologiya sahələri üzrə tədqiqat aparırlar. Kültəpə qazıntılarında Kayserinin iqliminə uyğun olmayan bir çox bitki və meyvə növləri qalıqlarına da rast gəlinir. Bunların arasında hazırda bu ərazidə yetişməsi mümkünsüz görünən bitkilər, tərəvəz və meyvələr də var. Məsələn, fındıq, zeytun, çoban püskülü adlanan bitki bu yerlərə xas deyil. Bu meyvə və bitkilərin 4 min il əvvəl Kültəpədə yetişdirilməsi elmə məlumdur. Lakin sonrakı qazıntılarda şəhər qalıqlarının 6 min il əvvələ aid olduğu təsbit edilib. Bitki, meyvə qalıqlarının da 6 min il əvvələ aid olduğu təsdiqlənərsə, bu o demək olacaq ki, 6 min il əvvəl bu bitki və meyvələr insanların məişətinə daxil olub, becəriliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm