Tehran göz yumur: İranda azərbaycanlılara qarşı PKK zülmü...
Turan
06:00 08.09.2021
Dünya
1131
Dünyanın bütün yerlərindən soydaşlarımız baş verənlərə sərt reaksiya verməlidir
Güney Azərbaycanda PKK terrorçuları kəndlərə hücum çəkərək, qadınları qaçırmağa cəhd edib, azyaşlı uşaqları döyüblər. Məlumata görə, terrorçular kəndin kişilərindən bir neçə nəfəri özləri ilə aparıblar. Bu barədə güneyli jurnalist Mesut Haray sosial şəbəkə hesabında yazıb və kənddən çəkilən videonu paylaşıb. O bildirib ki, PKK-çılar Sulduz şəhəri yaxınlığındakı bəzi kəndlərə, o cümlədən Saxsıtəpə kəndinə basqın ediblər. Jurnalistin yaydığı videolardan birində azyaşlı qız uşağı ağlayaraq anasının terrorçular tərəfindən qaçırılmağa cəhd edildiyindən danışıb. Azyaşlı bildirib ki, basqın edənlər anasını sürüyərək zorla maşına aparmaq istəyiblər: “Bu vaxt mən anamın qolundan yapışıb ağladım, onlar məni vurdular”. Videoda qız uşağının gözünün altının yumruq zərbəsindən qaraldığı aydın görünür. Qeyd olunur ki, kəndlilər evlərini tərk edərək qonşu kəndlərə sığınıblar. Mesut Haray PKK-çılara İran dövlətinin də dəstək verdiyini, onların bölgədə türklərə qarşı terror mühiti yaratdığını deyib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev “Şərq”ə açıqlamasında hadisənin arxasında İran rejiminin dayandığını, məhz ona görə də baş verənlərə göz yumduğunu deyib. Partiya rəhbərinin sözlərinə görə, Tehran hökumətinin əsas məqsədi azərbaycanlılarla bağlı müəyyən projeləri həyata keçirməkdir:
“İran bir müddət əvvəl Ostanların (İranda inzibati ərazi vahidi –red) adlarını dəyişdirməyə cəhd etmişdi. Azərbaycana məxsus adları silmək istəyirdilər. Qəsdən soydaşlarımızın yaşadıqları bölgələrin iqtisadi inkişafı üçün heç bir vəsait ayırmırdılar. Dilimizi, mədəniyyətimizi sıxışdırmaq üçün əllərindən gələni edirdilər. İranda ermənilərə müsəlman Azərbaycan türklərindən daha çox haqq tanınır. Bunları etməkdə yeganə məqsədləri azərbaycanlıları öz yurdlarından çıxartmaq və onların yerinə kürdləri yerləşdirməkdir. Bu siyasət uzun illərdir davam edir. Sulduz və ətraf kəndlərdən türkləri sıxışdırıb didərgin salmaq, orada bufer zona yaratmaq niyyəti güdürlər. Kürdlərlə azərbaycanlılar arasında nifaq yaradaraq bundan öz siyasi məqsədləri üçün yararlanacaqlar”.
F.Quliyev vurğulayıb ki, ümumi məqsəd Güney Azərbaycanın istiqlal savaşının qarşısını almaqdır:
“Baş verən hadisənin qarşısını dərhal almaq mümkün idi. Amma bunu qəsdən etmədilər. İran hökuməti birmənalı şəkildə PKK-nın İran qoluna – PJAK-ya dəstək verir. Xatırlayırsızsa, bir müddət əvvəl Türkiyə İrana xəbərdarlıq etdi ki, əgər öz torpaqlarınızda olan PKK-ya qarşı mübarizə aparmasanız, türk qoşunları həmin ərazilərə girə bilər. Çıxış yolumuz güney azərbaycanlıların ciddi şəkildə təşkilatlanmasından keçir. Dünyanın bütün yerlərində yaşayan soydaşlarımız İrandakı bu haqsızlığa, PKK zülmünə sərt reaksiya verməli, beynəlxalq instansiyalara müraciət etməli və kəskin etirazlarını bildirməlidirlər. Əsla susqun qalmamalıyıq. Bununla bağlı müəyyən yerlərə müraciətlər göndərmişəm. İranda baş verənlər sadə məsələlər deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol