Təhsil Nazirliyi “TikTok” sosial şəbəkəsi ilə bağlı məktəblərə və müəllimlərə xəbərdarlıq edib
09:36 23.10.2022
Dünya
530
Son aylar “TikTok” sosial şəbəkəsində uşaqların nəfəsini tutaraq intihar etməsi ilə nəticələnən təhlükəli oyunlarla bağlı Misir cəmiyyətində ciddi narahatlıq yaranıb.
AZƏRTAC “Əl Əhram” qəzetində istinadla xəbər verir ki, bu ölkənin Təhsil Nazirliyi “Blackout” adlanan bu oyunun şagirdlər arasında yayılmasının faciəli fəsadları ilə bağlı məktəblərə və müəllimlərə xəbərdarlıq edib.
Misirin Təhsil Nazirliyinin bu cür oyunlarda iştirak edən şagirdlərə diqqət olunmasını ehtiva edən müraciətdə qeyd edilib ki, təhsil ocaqları potensial faciələrin qarşısını almaq üçün valideynlərlə sıx təmasda olmalıdır.
Məktəbli formasında olan dörd qızın bu təhlükəli oyunda iştirakını əks etdirən videonun yayılması Misir cəmiyyətini də narahat edib. Qızlardan biri huşunu itirənə qədər nəfəsini tutub, bundan sonra üç rəfiqəsi onu ayılda bilib. Özəl məktəbdən bir qrup oğlanın iştirak etdiyi oyunun videosunun skrinşotları da yayılıb.
Hazırda “Tiktok”da uşaq və yeniyetmələri hədəf alan təhlükəli videolar dünyanın hər yerində valideynlər tərəfindən böyük narahatlıqla qarşılanır.
“Qaranlıq” adlanan təhlükəli oyun isə ilk dəfə bu sosial şəbəkədə 2021-ci ildə ortaya çıxıb. Həmin ildə iştirakçılar şərflərlə özlərini boğublar. Ötən il Misir parlamenti və Əl-Əzhər dini qurumu bununla bağlı xəbərdarlıq etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya