ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də Ağ Evdə qəbul edəcəyi Çin lideri Si Cinpinlə görüşünün “çox məhsuldar” keçəcəyini gözlədiyini bildirib.
Sherg.az xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Çinlə münasibətlərin yaxşı olduğunu deyib. O, Si Cinpinlə yaxşı münasibətlərinin olduğunu və iki ölkə arasında süni intellektlə yanaşı, bir çox məsələnin müzakirə ediləcəyini bildirib.
Tramp ABŞ-ın Çindən idxala yüksək gömrük rüsumları tətbiq etdiyini xatırladaraq, tariflərin də görüşün əsas mövzularından biri olacağına işarə edib.
ABŞ lideri həmçinin CNN, MS NOW və “Politico”nun Ağ Evə girişinin qadağan edilməsi ilə bağlı danışıb. Tramp bu media qurumlarını onun administrasiyası haqqında “saxta xəbərlər” yaymaqda ittiham edib və digər media qurumlarına qarşı da analoji addımların atıla biləcəyini bildirib.