Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm

ABŞ Prezidenti Donald Tramp Konqresə keçiriləcək aralıq seçkilərində demokratların uğur qazanacağı təqdirdə sonuncu respublikaçı dövlət başçısı ola biləcəyini istisna etməyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri "Punchbowl News" portalına müsahibəsində bildirib.

"Əgər onlar (demokratlar-red.) uğur qazansalar, mən, bəlkə də, sonuncu respublikaçı prezident olacağam", - o vurğulayıb.

Qeyd edək ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə bir hissəsi və Nümayəndələr Palatasının tam heyəti yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.