Tramp Ukrayna münaqişəsinin həlli üçün çox çalışdığını bildirib

"Ukraynadakı münaqişəyə son qoymaq üçün səylə çalışmaqda davam edirəm. Münaqişənin mürəkkəbliyini Yaxın Şərqdəki çoxəsrlik münaqişə ilə müqayisə edilə bilər".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CNN telekanalına müsahibəsində bildirib.

Tramp Volodimir Zelenskinin cümə günü Ağ Evə gözlənilən səfərindən əvvəl deyib: “Mən Rusiya məsələsi üzərində çox işləyirəm".