Tramp: Venesuelaya qarşı quru əməliyyatı mümkündür

Vaşinqton Venesuelaya münasibətdə bütün mümkün variantları masada saxlayır və bunlara quru əməliyyatları da daxildir.

Teleqraf xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən ABŞ Prezidenti Donald Tramp deyib.

Jurnalistin “bu mərhələdə quru qoşunların tətbiqini nəzərdən keçirirsizmi?” sualına Tramp belə cavab verib:

Mən heç nəyi istisna etmirəm, bizim sadəcə Venesuela məsələsini həll etməyimiz lazımdır.”

Venesuela prezidenti Nikolas Maduro isə dəfələrlə bəyan edib ki, ölkəsi son 100 ilin ABŞ-dan qaynaqlanan “ən ciddi müdaxilə təhlükəsi” ilə üz-üzədir.