Trampın keçmiş vəkili ABŞ-ın baş prokuroru oldu: Senat Todd Blanşı təsdiqlədi

ABŞ Senatı prezident Donald Trampın keçmiş vəkili Todd Blanşın Ədliyyə naziri vəzifəsinə təyin olunmasını 50 lehinə, 49 əleyhinə səslə təsdiqləyib.

Sherg.az xəbər verir ki, səsvermə zamanı iki respublikaçı senator Syuzan Kollinz və Liza Morkovski - Blanşın namizədliyinin əleyhinə səs verib.

Senatın Hüquq Komitəsinin ən yüksək səviyyəli demokrat üzvü, İllinoys ştatından senator Dik Durbin Blanşın Ədliyyə naziri təyin edilməsini “ciddi səhv” adlandırıb.

Respublikaçı senator Bill Kessidi isə məsələnin Trampla bağlı referendum olmadığını bildirərək, bunun “xüsusi şərtlər çərçivəsində cənab Blanşla bağlı qərar” olduğunu deyib.