Trampın qolf klubu üzərində təhlükə: F-16-lar havaya qaldırıldı

F-16 qırıcı təyyarələri ABŞ Prezidenti Donald Trampın olduğu Nyu-Cersi ştatındakı Bedminster qolf meydançası üzərində uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəni ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) məlumatında deyilir.

"NORAD F-16 təyyarələri bu gün Bedminster üzərində müvəqqəti uçuş məhdudiyyətlərini pozan bir neçə ümumi aviasiya təyyarəsini ələ keçirib. Bütün təyyarələr NORAD təyyarələri tərəfindən ərazidən təhlükəsiz şəkildə çıxarılıb”, - deyə bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti qolf meydançasına sahibdir və tez-tez həftəsonlarını orada keçirir. Tramp cümə günü Bedminsterə gəlib və bazar günü Vaşinqtona qayıtması gözlənilir.