Türkiyə xarici işlər naziri: Ukraynanın NATO-ya üzvlüyü hələ də müzakirə mövzusudur

Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı fikir ayrılıqlarının hələ də Alyans daxilində davam edir.
Teleqraf xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andre Sibiqa ilə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
“Ukraynanın NATO-ya daxil olması məsələsi hələ də müzakirə predmetidir. Alyans üzvü olan ölkələr arasında bu mövzuda müxtəlif mövqelər mövcuddur,” – o qeyd edib.